Ana Sayfa > Karusel / Gündəm > Aqil Abbasdan oğlunun töhmət almasına REAKSİYA: “İşdə nöqsanlara yol verib“
Aqil Abbasdan oğlunun töhmət almasına REAKSİYA: “İşdə nöqsanlara yol verib“17-01-2022, 11:20. Yazar: Admin |
Deputat Aqil Abbasın oğlu, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova töhmət verilib. Onun işində yol verdiyi nöqsanlara görə töhmət aldığı bildirilir. Qarabaginfo.az-ın xəbərinə görə, Tuncay Abbasovun atası, deputat Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, məsələdən xəbərsiz olduğunu söyləyib. “Oğlumun 38 yaşı var. Şəxsi işidir, mənim xəbərim yoxdur. O ayrı ailədir, mən ayrı. Deməli, işdə nöqsanlara yol verib ki, töhmət alıb. Rastlaşanda, soruşacam”.
Geri dön |