Ana Sayfa > Karusel / Gündəm > Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama


17-01-2022, 10:10. Yazar: Admin

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: “Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.


Geri dön