ABŞ Prezidenti Co Bayden yanvarın 21-də Yaponiyanın Baş naziri Fumio Kisida ilə onlayn formatda görüşəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib. Psakinin sözlərinə görə, onlayn görüşdə əsasən ikitərəfli münasibətlər, Covid-19-a qarşı mübarizə, çoxtərəfli əməkşdaşlıq və iqlim dəyişikliyinə dair müzakirələr keçiriləcək .