Ana Sayfa > Karusel / Region > Almatıda iğtişaşlar zamanı ölən 160 nəfərin 41-nin meyiti oğurlanıb

Almatıda iğtişaşlar zamanı ölən 160 nəfərin 41-nin meyiti oğurlanıb


16-01-2022, 19:24. Yazar: Admin

Almatıda iğtişaşlar zamanı 160 nəfər ölüb, morqlardan 41 meyit oğurlanıb

Almatıda kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.

Qarabaginfo.az "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə şəhər polis departamentinin rəisi Kanat Taymerdenov bildirib.

Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdəki morqlara 7 hücum olduğunu, 41 meyitin oğurlandığını da açıqlayıb: “Onlar ölüləri morqda qoymayıb, yaralıları da özləri ilə götürüblər. Morqlardan 41 meyit oğurlanıb”.


Geri dön