Ana Sayfa > Karusel / Hadisə > FHN Bakıda intihara cəhdin qarşısını alıb

FHN Bakıda intihara cəhdin qarşısını alıb


16-01-2022, 18:57. Yazar: Admin

Özünü binadan atmaq istədi - FHN xilas etdi

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Qarabaginfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Geri dön