Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan XİN Ermənistanın “erməni qırğınları”na dair iddialarına cavab verib

Azərbaycan XİN Ermənistanın “erməni qırğınları”na dair iddialarına cavab verib


16-01-2022, 13:32. Yazar: Admin

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına münasibət bildirib.

Qarabaginfo.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” paylaşımında yazıb ki, Ermənistan XİN yenidən 1990-cı ildə uydurma qırğınlardan danışır.

 

L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb: “Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.


Geri dön