Ana Sayfa > Karusel / Gündəm > Sunaminin vurduğu Tonqa ilə rabitə əlaqələri kəsilib

Sunaminin vurduğu Tonqa ilə rabitə əlaqələri kəsilib


16-01-2022, 13:07. Yazar: Admin

Sunaminin vurduğu Tonqa ilə rabitə əlaqələri kəsilib

Sunaminin vurduğu Tonqa Krallığının Baş naziri ilə əlaqə yaratmaq mümkün olmur.

Qarabaginfo.az-ın “Anadolu “agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern bildirib.

 

Qeyd edək ki, dünən səhər saatlarında Sakit okeanda 170 adadan ibarət Tonqanın paytaxtı Nukualofadan 65 kilometr şimalda Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanı kül, buxar və qaz püskürməyə başlayıb. Partlayışdan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada və Çili üçün sunami təhlükəsi xəbərdarlığı edan olunub, sunami Tonqadakı bütün adaları vurub.

Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern sunaminin vurduğu Tonqada dağıntı və tələfatla bağlı hər hansı məlumatlarının olmadığını, bu ölkədə Mobil telefonların işləmədiyini, sualtı rabitə kabelinin zədələndiyini bildirib. Jasinda Ardern sualtı kabelin təmiri üçün hər cür yardım edəcəklərini söyləyib. Baş nazir vulkae külləri səbəbindən havadan yardımın mümkün olmadığı halda donanma gəmilərini Tonqaya yardıma göndərəcəklərini açıqlayıb.


Geri dön