Ana Sayfa > Karusel / Region > Türkiyədə yaxın həftələrdə dedollarizasiya sürətlənəcək

Türkiyədə yaxın həftələrdə dedollarizasiya sürətlənəcək


16-01-2022, 08:35. Yazar: Admin

Yaxın həftələrdə valyuta aktivlərinin ABŞ dollarından türk lirəsinə çevrilməsi sürətlənəcək. Türkiyə KİV-lərinin yaydığı məlumata görə, bu barədə ölkənin xəzinə və maliyyə naziri Nurəddin Nebati bildirib.

Nazirin sözlərinə görə, inflyasiya dekabrda son 19 ilin ən yüksək göstəricisi olan 36 faizə çatıb. 2023-cü ilin ortalarına təyin edilmiş prezident və parlament seçkilərinə qədər isə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır.

2021-ci ilin dekabrında Türkiyə hökuməti əhalinin türk lirəsindəki şəxsi əmanətlərini qorumaq üçün milli valyutada depozitlərə marağı gücləndirmək tədbirlərinə başlayıb. Bununla fiziki şəxslər, dövlətin zəmanəti əsasında lirə ilə müəyyən müddətli əmanət hesabı aça biləcəklər. Bu əmanətlər 3, 6, 9 və 12 ay müddətinə açıla bilər.

Türk lirəsi 2021-ci ilin noyabrında ilin əvvəli ilə müqayisədə dəyərdən düşüb. Buna səbəb Mərkəzi Bankın hazırda 14 faiz olan uçot dərəcəsini aşağı salmaqda davam edən siyasətidir.


Geri dön