Ana Sayfa > Karusel / Gündəm > Keçmiş baş katib: “Finlandiya və İsveç dərhal NATO-nun üzvü ola bilər”
Keçmiş baş katib: “Finlandiya və İsveç dərhal NATO-nun üzvü ola bilər”15-01-2022, 19:20. Yazar: Admin |
“Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul olunar. Bu məsələ Ukraynaya edilən hücumdan sonra müzakirə edilə bilər”. Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen bəyan edib. “Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə (təşkilata -red.) dərhal qərar verə bilərik. Siz ertəsi gün üzv ola biləcəksiniz, çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz”, - deyə o, qeyd edib. Onun sözlərinə görə, Rusiya NATO rəsmiləri ilə danışıqlarda Avropadan Alyansın genişlənməsinə veto qoymağı tələb edib. “NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”. Geri dön |