Ana Sayfa > Karusel / Siyasət > ATƏT sədri fevralda Moskvaya səfər edəcək
ATƏT sədri fevralda Moskvaya səfər edəcək15-01-2022, 12:35. Yazar: Admin |
ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau fevral ayının ortalarında Moskvaya səfər etməyi planlaşdırır. Qarabaginfo.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Polşa mətbuat agentliyinə Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib. Onun sözlərinə görə, Rau ilk olaraq Ukrayna və ABŞ-a səfər edəcək. "Gələn ayın ortalarında, çox güman ki, fevralın 15-də ATƏT sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Moskvaya səfər ATƏT sədri üçün normal prosedurdur, ona görə ki, Rusiya bu təşkilatın ən mühüm üzvlərindən biridir", - Yasina qeyd edib. Geri dön |