Ana Sayfa > Karusel / Gündəm > NATO-nun xüsusi nümayəndəsi Türkiyə və Ermənistana çağırış edib
NATO-nun xüsusi nümayəndəsi Türkiyə və Ermənistana çağırış edib15-01-2022, 12:06. Yazar: Admin |
“NATO Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir”. Bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter səhifəsində yazıb. “NATO regionda sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Biz rəsmi Ankara və İrəvanı bu istiqamətdə səyləri artırmağa çağırırıq”, - o bildirib. Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib. Geri dön |