Ana Sayfa > Karusel / Gündəm > Rusiya qoşunları da Qazaxıstandan ÇIXDI

Rusiya qoşunları da Qazaxıstandan ÇIXDI


15-01-2022, 11:05. Yazar: Admin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələri tərkibində olan Rusiya sülhməramlıları bu gün Qazaxıstandan çıxıb.
 

Qarabaginfo.az “Ria Novosti”yə istinadən xəbər verur ki, Rusiya qoşunlar Qazaxıstanı təyyarələrlə tərk edib.


“Qazaxıstandakı Rusiya sülhməramlılarının bölmələri hərbi texnikanı İl-76 və An-124 hərbi təyyarələrinə yükləyib və Almatıdan uçublar.

On beş İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara desant bölmələrinin şəxsi heyətini və texnikasını çatdıracaq. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”,-deyə xəbərdə bildirilir.

 

Qazaxstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra yardım üçün KTMT-yə müraciət etmişdi.

 

Yanvarın 13-də KTMT missiyasının Qazaxıstanda başa çatması elan edildi. Dünən Ermənistan və Tacikistan sülhməramlıları vətənlərinə qayıdıblar.


Geri dön