Ana Sayfa > Karusel / Gündəm > Nazarbayev ev dustağıdır? - Yeni iddialar
Nazarbayev ev dustağıdır? - Yeni iddialar15-01-2022, 01:01. Yazar: Admin |
“Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ölkədə kütləvi etirazlar başlayandan sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu, onun harada olması ilə bağlı çoxlu şayiələrin yayılmasına səbəb oldu. Onun Çində olması, Qırğızıstana və ya BƏƏ-yə qaçması, oğurlanması və ya koronavirusa yoluxması ilə bağlı versiyalar var idi. İndi yeni bir nəzəriyyə ortaya çıxıb - Elbası respublika ərazisində dustaq edilib və o, son hadisələrdən dəhşətli dərəcədə qəzəblənib və hiddətlidir”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyalı sosioloq İqor Eydman öz feysbuk səhifəsində yazıb. O vurğulayıb ki, bu cür spekulyasiyalar ölkədə vəziyyətin sabitləşməsinə kömək etmir və yalnız intriqaları artırır. Nazarbayevin və onun ailə üzvlərinin harada olduğu barədə məlumat verilmir. MDB Ölkələri İnstitutunun Qazaxıstan və Mərkəzi Asiya şöbəsinin müdiri Andrey Qrozin məsələ ilə bağlı deyib: “Nazarbayev sağdırsa, şüurludursa və ev dustaqlığında deyilsə, o, harada ola bilər və niyə gizlənir?” sualına ekspert belə cavab verib: “Müxalifətin belə bir versiyası var ki, o, ağır xəstədir və geri çəkilib. Amma Nazarbayev heç nəyin öz axarı ilə getməsinə imkan verməyən adamdır, o, həmişə barmağını nəbzdə saxlayır və hər şeyə nəzarət edir. Buna görə də, xəstəlik olan versiyaya inanmaq çətindir. Düşünürəm ki, o, Qazaxıstandan BƏƏ, Çin, Rusiya və sairə getsə, ailəsinin rifahını təmin etmək üçün konkret qərarların qəbuluna təsir etmək imkanını itirəcək. Çox güman ki, doğulduğu Şamalqan kəndində oturub, hadisələr səngiyəndən sonra özünü göstərəcək. Təbii ki, sağdırsa…”. Geri dön |