Ana Sayfa > Karusel / Gündəm > Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır
Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır15-01-2022, 00:50. Yazar: Admin |
Böyük Britaniya Şimali Koreyanın raket buraxılışından narahatdır. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Nazirlik Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərini ABŞ-la dialoqa qayıtmağa çağırıb. "KXDR-in növbəti dəfə iki qısa mənzilli ballistik raketi sınaqdan keçirməsindən dərin narahatıq. Bu sınaqlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması, regional sülh və təhlükəsizliyə təhdiddir", - bəyanatda deyilir. Britaniya XİN Pxenyana qarşı sanksiyalar rejiminin saxlanmasının vacibliyini vurğulayıb. Yanvarın 14-də Yaponiya Sahil Mühafizəsi KXDR-in növbəti raket sınaqları həyata keçirdiyini bildirib. Geri dön |