Ana Sayfa > Karusel / Gündəm > Yunanıstanda peyvənd olunmayan qocalar cərimələnəcək
Yunanıstanda peyvənd olunmayan qocalar cərimələnəcək15-01-2022, 00:17. Yazar: Admin |
Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə hökumət sözçüsü Yannis Ekonomu mətbuat konfransında xəbər verib. O bildirib ki, sözügedən kateqoriyaya aid vətəndaşlara 16 yanvaradək azı 1 doza vaksin qəbul etməyə möhlət verilib. Bu tarixdən sonra peyvənd olunmayan yaşlılar hər ay 100 avro cərimə ediləcək. Hökumət sözçüsü əlavə edib ki, reanimasiyaya yerləşdirilən hər 10 sakindən 7-nin yaşı 60-dan çoxdur. Süni tənəffüs cihazına qoşulan hər 10 pasientdən 9-u vaksin olunmayanlardır. Covid-19-dan dünyasını dəyişən hər 10 nəfərdən 9-nun yaşı 60-ı keçib. Geri dön |