Ana Sayfa > Karusel / Gündəm > Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub
Tanzaniyada quraqlıq 62 mindən çox heyvanın ölümünə səbəb olub15-01-2022, 00:00. Yazar: Admin |
Tanzaniyanın şimalındakı Manyara regionunda uzun sürən quraqlıq səbəbindən 62 mindən çox heyvan tələf olub. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib. Şimanjiro dairə şurasının sədr müavini Sendeu Layzerin sözlərinə görə, uzun sürən quraqlığın qurbanı 62 585 heyvan, o cümlədən iribuynuzlu mal-qara, qoyun və keçilər olub. Layzer vurğulayıb ki, quraqlıq heyvandarları nisbi su və otlaq üçün ot ehtiyatı olan ərazilərə köçməyə məcbur edir. Geri dön |