Ana Sayfa > Karusel / Siyasət > “...Moskva sülhməramlıların Qarabağdan çıxması barədə qərar verəcək” - Erməni ekspert
“...Moskva sülhməramlıların Qarabağdan çıxması barədə qərar verəcək” - Erməni ekspert14-01-2022, 21:35. Yazar: Admin |
"Ermənistan rəhbərliyinin hər təxribatı, qeyri-adekvat hərəkəti fonunda Bakı Kremlin gözünü açacaq. Çünki İrəvanın iki stulda oturmasına ehtiyac yox idi. Belə davam etsə, Moskva Rusiya sülhməramlılarının missiyasının Qarabağdan çıxması barədə qərar verəcək. Sonra nə edəcəyik? Ordumuz bizi müdafiə etməyə qadirdir? Nikolun Fransadan və ya Qərbdən olan dostları bizə dəstəyə gələcək? Təbii ki yox!". Qarabaginfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Ambrasum Qabanyan bölüşüb. “Rusiya sülhməramlılarının Qarabağda qalacağına zəmanət varmı? Belə bir zəmanət yoxdur. İlk növbədə ona görə ki, bizim mövcud hakimiyyət hadisələrin bu cür inkişafına qarşı dura bilməz. O, bir tərəfdən Qərbə sarı, bir tərəfdən də Rusiyaya tərəf sıçrayışlar edir. O, iki stulda oturmaq istəyirdi və məntiqi olaraq yıxıldı. Lakin bu, təkcə Nikol Paşinyanın və onun ətrafındakıların problemi deyil. Bu, bütün Ermənistanın problemidir. Çünki Bakıda bizim iqtidarın zəifliyini görürlər, hiss edirlər, anlayırlar. Əliyev bunu açıq şəkildə dilə gətirir. Bütün dünya da bunu eşidir. Ermənistanın tarixində belə alçaldıcı heç nə olmamışdır. Azərbaycan Prezidenti ölkəmizin Baş nazirinin fəaliyyətini qiymətləndirmək üçün istifadə olunan sözləri deyəndə heç seçim etmir. Paşinyan isə bütün bunları udur”, - deyə erməni ekspert qeyd edib. Geri dön |