Ana Sayfa > Karusel / Siyasət > Zelenski azərbaycanlıları təltif edib

Zelenski azərbaycanlıları təltif edib


14-01-2022, 20:38. Yazar: Admin

Zelenski azərbaycanlıları təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

Qarabaginfo.az bildirib ki, “Report”un Şərqi Avropa bürosunun Ukrayna Prezident Ofisinin mətbuat xidmətinə istinadən məlumatına görə, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги"), Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” (“"За працю і звитягу") medalı ilə təltif edilib.


Geri dön