Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Ukrayna prezidentləri GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsini müzakirə edib

Azərbaycan və Ukrayna prezidentləri GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsini müzakirə edib


14-01-2022, 19:30. Yazar: Admin

Azərbaycan və Ukrayna prezidentləri GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsini müzakirə edib

“Biz, həmçinin tranzit potensialını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edərkən deyib.

 

“Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq.

Yekun olaraq, icazə verin, cənab Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürümü bildirim. Onlar, həmçinin mənim Sizin ölkənizə səfərimi xatırlatdılar. Bizə göstərilmiş qonaqpərvərlik hələ də yadımdadır və hesab edirəm ki, məhz bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində biz yeni səhifəni açacağıq.

Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var.

Bir daha, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram”, - Ukrayna dövlət başçısı vurğulayıb.


Geri dön