Ana Sayfa > Karusel / Gündəm > Ermənistanda Arazəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaradılıb

Ermənistanda Arazəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaradılıb


14-01-2022, 18:45. Yazar: Admin

Arazəyən-Mehri

Ermənistan Baş naziri Nikol Paşinyan Arazəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərar verib.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, işçi qrupa 10 nəfər daxil edilib.

 

İşçi qrupun sədri, Ermənistanın İrandakı keçmiş səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.

O hər rüb görülən işlər barədə hesabat təqdim etməlidir.

Arazəyən-Mehri dəmir yolu yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.


Geri dön