Ana Sayfa > Karusel / Siyasət > XİN: "Ermənistan Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, günahlarını etiraf etsin"
XİN: "Ermənistan Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, günahlarını etiraf etsin"14-01-2022, 18:09. Yazar: Admin |
"Ermənistan XİN-in guya Bakıda 1990-cı ilin yanvar ayında erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı tamamilə əsassız və uydurma iddiası, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. "Təəssüflə qeyd etməliyik ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib, Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb. Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir. Geri dön |