Ana Sayfa > Karusel / Dünya > “Əgər o, savaş istəyirsə, biz buna tam hazırıq” – Putinə şok hədə

“Əgər o, savaş istəyirsə, biz buna tam hazırıq” – Putinə şok hədə


14-01-2022, 17:29. Yazar: Admin
“Əgər o, savaş istəyirsə, biz buna tam hazırıq” – Putinə şok hədə

“ABŞ Rusiya ilə Avropada təhlükəsizlik məsələlərinə dair danışıqlardan böyük irəliləyiş gözləmirdi, amma Vaşinqtonda Kremldən fərqli olaraq, baş tutan görüşləri uğursuz hesab etmirlər və Moskva hazır olarsa, dialoqu davam etdirməyə razıdırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Biz ruslarla təkcə Ukrayna ilə bağlı yox, həm də atdıqları addımlarla bağlı dərin narahatlığımızı bölüşdük. Onlar da narahatlıqlarını bizə bildirdilər. Məncə, biz bir-birimizə düşünmək üçün çox şey demişik. İndi biz müttəfiqlərimiz və tərəfdaşlarımızla diqqətlə məsləhətləşməyi planlaşdırırıq”, - Blinken dialoqun davam etdirilməsinin yalnız Ukrayna ətrafındakı gərginliyin azaldılmasından sonra mümkün olduğunu bildirib. (Teleqraf.com)

Onun sözlərinə görə, Vaşinqton Moskvaya iki variant verib: diplomatiya və dialoq yolu. Blinken bunu fikir ayrılıqlarının həlli və Ukraynanın şərqindəki vəziyyəti yoluna qoymaq üçün “ən yaxşı” və “ən məsuliyyətli” yol adlandırıb. İkinci varianta gəldikdə, Blinken bunun Qərbin də “tam hazır olduğu”nu dediyi qarşıdurma yolu olduğunu vurğulayıb.

“Əgər onlar bu yolla (Ukraynaya təcavüz – red.) getsələr, bunun ciddi nəticələri olacaq. NATO-nun müdafiəsini gücləndirmək üçün biz əvvəllər etmədiyimiz şeyləri planlaşdırırıq və bunu edəcəyik”, - Blinken Rusiyanın mümkün təcavüzünə qarşı hazırlıqlı olduqlarını deyib.

Dövlət katibi Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalını qiymətləndirərkən bildirib ki, Prezident Vladimir Putin rəqibləri ilə danışıqlarda yekun cavab verməmək sənətini mükəmməl bilir:

“Mən şübhələnirəm ki, o, qismən indi bunu edir, nəyin işə yaradığını, nəyin yaramadığını anlamağa çalışır. Ola bilər ki, o, nə edəcəyini hələ tam qərarlaşdırmayıb. Düşünürəm ki, biz ona fikrini formalaşdırmağa kömək etmək kimi vacib vəzifəmiz var. Biz Prezident Putinin hesablamalarına və onun edəcəyi seçimlərə təsir etmək üçün G7 vasitəsilə Avropada və ondan kənarda çox güclü koalisiya qurmuşuq”.(Yeni Sabah)


Geri dön