Ana Sayfa > Karusel / Dünya > Boris Conson kraliçadan üzr istəyib

Boris Conson kraliçadan üzr istəyib


14-01-2022, 17:26. Yazar: Admin

Boris Conson kraliçadan üzr istəyib

Boris Conson kraliça II Yelizavetadan üzr istəyib

Qarabaginfo.az xəbər verir ki, ötən il aprelin 16-da “Dauninq-strit”də şahzadə Filipin cənazə mərasimindən bir gün əvvəl iki yığıncaq təşkil edilib. Mətbuatda bu barədə yayılan xəbərlərdən sonra Baş nazir Boris Conson bu gün kraliça II Yelizavetadan üzr istəyib. Məlumatda ümumilli matəm zamanı belə bir tədbirin baş verməsindən təəssüf hissi ifadə olunub.

Qeyd edək ki, ötən il aprelin 16-da “Dauninq-strit”in ayrılan əməkdaşlarından biri üçün yığıncaq təşkil edilib, səhər saatlarına qədərə içkili və musiqili şənlik keçirilib.

Bir gün sonra isə şahzadə Filipin Vindzor Sarayında cənazə mərasimi keçirilib.

Ölkədəki karantin qaydalarına görə, cənazəyə çox az sayda şəxs qatılıb.

Kraliça II Yelizaveta mərasim boyunca tək oturmalı olub.


Geri dön