Ana Sayfa > Karusel / Gündəm > Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib
Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib14-01-2022, 16:07. Yazar: Admin |
Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib, onlarla bağlı hüquqi tədbirlər görülüb. Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, 2021-ci ildə paytaxt ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması ilə bağlı 14 reyd keçirilib. Bildirilib ki, 5 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Qeyd edilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rayon polis idarələrinin əməkdaşları tərəfindən 121 maarifləndirici görüş, 347 reyd keçirilib. Geri dön |