Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb
Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb14-01-2022, 15:55. Yazar: Admin |
Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib. Hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb. Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Geri dön |