Ana Sayfa > Karusel / Gündəm > Rusiya "3+3"  formatı irəli sürüləndə dəstəkləyib

Rusiya "3+3"  formatı irəli sürüləndə dəstəkləyib


14-01-2022, 14:53. Yazar: Admin

“Azərbaycan və Türkiyə prezidentləri tərəfindən “3+3” formatı ideyası irəli sürüləndə biz bunu fəal şəkildə dəstəklədik”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

“Eyni zamanda, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyirik və bu səylərdə aktiv iştirak edirik. Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına kömək edir və mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”,- deyə Lavrov bildirib.


Geri dön