Ana Sayfa > Karusel / Gündəm > Lavrov Ermənistan-Azərbaycan sərhədi ilə bağlı xəritələrdən DANIŞDI
Lavrov Ermənistan-Azərbaycan sərhədi ilə bağlı xəritələrdən DANIŞDI14-01-2022, 14:52. Yazar: Admin |
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına tezliklə başlanmasının tərəfdarıyıq”. “Bu, Qarabağ bölgəsi və məskunlaşma məsələlərinə aid deyil, bu, sırf ikitərəfli məsələdir, biz 1 ilə yaxındır ki, onun üzərində işləməyə başlamağı, bunun üçün delimitasiya və demarkasiya komissiyası yaratmağı və özümüzü məsləhətçi kimi təklif edirik. Elə dünən mən erməni həmkarımla bu mövzuda danışdım. Tərəflərdən müvafiq təkliflər var, çünki komissiya yaratmaq üçün ilk növbədə hansısa şərtlərlə razılaşmaq lazımdır. Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar var. Bizim mövqeyimiz sadədir - biz oturub rəsmi yaradılmış komissiya çərçivəsində hələ razılaşdırılmamış bütün məsələləri həll etməliyik”, - Lavrov bildirib. Lavrovun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçi görüşündə (2021-ci ilin dekabrında) prinsipial razılıq əldə olunub. Geri dön |