Ana Sayfa > Karusel / Gündəm > Lavrov: “ABŞ təkliflərimizi rədd edərsə, Prezidentə məruzə edəcəyik”
Lavrov: “ABŞ təkliflərimizi rədd edərsə, Prezidentə məruzə edəcəyik”14-01-2022, 12:49. Yazar: Admin |
Rusiya təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə yazılı cavab gözləyir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib. Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə ABŞ tərəfindən rədd cavabı verilərsə rəsmi Moskva hansı addımı atacaq sualına Rusiya XİN başçısı belə cavab verib: "Biz təkliflərimizə yazılı cavab gözləyirik. Biz sonsuza qədər gözləyə bilmirik. Təkliflərimiz təqdim olunan vaxtdan Cenevrə görüşünə qədər 1 ay vaxt keçib. ABŞ həmin müddət ərzində bu təklifləri ətraflı öyrənə bilərdi. Biz kağız üzərində cavab gözləyirik. Təklifimizin hər bir bəndinə cavab gözləyirik. Təkliflərimizdə nəsə çatışmırsa, əlavə etsinlər. Əgər təkliflərimiz rədd olunsa, biz əlbəttə ki, vəziyyəti qiymətləndirəcəyik. Prezidentə bu barədə məruzə edəcəyik. Maraqlarımıza uyğun hərəkət edəcəyik. İndi təxmin etmək istəmirəm". Geri dön |