Ana Sayfa > Karusel / Region > Səfir: “Əlaqələrimizi müttəfiqliyə daşıyan prezidentlərin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub”

Səfir: “Əlaqələrimizi müttəfiqliyə daşıyan prezidentlərin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub”


14-01-2022, 08:48. Yazar: Admin

Cahit Bağçı Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz R.T.Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter dəki hesabında paylaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.

Image

 

 


Geri dön