Ana Sayfa > Karusel / Region > Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlı kontingenti Almaatını tərk edib

Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlı kontingenti Almaatını tərk edib


14-01-2022, 08:45. Yazar: Admin

Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlı kontingenti Almaatını tərk edib

Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almaatıdan çıxaraq daimi dislokasiya yerlərinə yola düşüblər.

Qarabaginfo.az TASS-a istinadən məlumatına görə, Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almaatı aerodromundan havaya qalxıb.

Tacik hərbçilər bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir “İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər.


Geri dön