Ana Sayfa > Karusel / Region > ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə Kiyevə hərbi yardımın göstərilməsini müzakirə edib

ABŞ müdafiə naziri ukraynalı həmkarı ilə Kiyevə hərbi yardımın göstərilməsini müzakirə edib


14-01-2022, 00:22. Yazar: Admin

Con Kirbi

 

Pentaqon rəhbəri Lloyd Ostin cümə axşamı Ukraynanın müdafiə naziri Aleksey Reznikov ilə telefonda Kiyevə hərbi yardım göstərmək üçün səyləri müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin yazılı açıqlamasında bildirilib.

“İki ölkənin müdafiə nazirləri Rusiyanın Ukrayna və onun ətrafında davam edən və səbəbsiz hərbi güclənməsini müzakirə ediblər. Nazir Ostin ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, o cümlədən hərbi yardım göstərmək yolu ilə Ukrayna ordusunun potensialını artırmaq üçün davamlı səylərin ediləcəyini təsdiqləyib.
Həmçinin Ostin və Reznikov gərginliyin azaldılması üçün diplomatik səyləri dəstəklədiklərini ifadə ediblər və sıx koordinasiyanı davam etdirməyə söz veriblər”, deyə açıqlamada vurğulanıb.(Apa)


Geri dön