Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcək
Ana Sayfa > Karusel / Gündəm > Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcək

Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcək


13-01-2022, 20:19. Yazar: Admin

Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcək

Azərbaycanda yeni 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilməsi enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, stansiyada ildə təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal ediləcək ki, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, eləcə də 400 min ton karbon tullantılarının qarşısı alınacaq.


Geri dön