Ana Sayfa > Karusel / Gündəm > ATƏT sədri: "Avropa müharibə təhlükəsi ilə üzləşib"
ATƏT sədri: "Avropa müharibə təhlükəsi ilə üzləşib"13-01-2022, 20:01. Yazar: Admin |
Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb. Qarabaginfo.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib. Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”. “Ukrayna ətrafındakı münaqişənin dinc yiolla həllinə diqqət yetirməliyik”, - polşalı nazir qeyd edib. Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb. Geri dön |