Ana Sayfa > Karusel / Gündəm > Uşaqlar arasında “Omikron”a yoluxma halları təsdiqlənib
Uşaqlar arasında “Omikron”a yoluxma halları təsdiqlənib13-01-2022, 18:43. Yazar: Admin |
Azyaşlı uşaqlar arasında “Omikron” ştammına yoluxma halları təsdiqlənib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini Tatyana Rujentsova bildirib. Epidemioloq qeyd edib ki, yoluxma hallarının sayı ilə bağlı məlumatlar hələ dəqiqləşdirilir. “İlkin məlumatlara görə, “Omikron” ştammı ilə yoluxmaların üstünlük təşkil etdiyi Cənubi Afrika Respublikasında üç yaşınadək uşaqlarda koronavirusun simptomları daha qabarıq şəkildə özünü göstərir. Uşaqlarda bu xəstəliyin ağırlıq dərəcəsi haqqında hələ məlumat yoxdur”, - deyə o, əlavə edib.
Geri dön |