Ana Sayfa > Karusel / Gündəm > Ermənistan XİN Türkiyə xüsusi nümayəndəsi ilə görüşdən əsas gözləntilərini açıqlayıb
Ermənistan XİN Türkiyə xüsusi nümayəndəsi ilə görüşdən əsas gözləntilərini açıqlayıb13-01-2022, 17:13. Yazar: Admin |
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 14-də dialoq prosesi ilə bağlı Moskvada Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşündən əsas gözləntilərini açıqlayıb. Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "armenpress"ə bildirib ki, Ermənistanın bu dialoqdan gözləntiləri 1990-cı illərdən bəri mövcud olan gözləntilərlə eynidir. “Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq. Ermənistan Respublikası hər zaman bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”, - XİN rəsmisi vurğulayıb. Ermənistanın XİN-in sözçüsü qeyd edib ki, Moskvada keçiriləcək ilk görüşdən nəzərəçarpacaq nəticələr gözləmək çətindir. “Lakin bu, prosesə start verəcək”, - o əlavə edib. Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç arasında görüş keçiriləcək. Geri dön |