Ana Sayfa > Karusel / Gündəm > Şamaxıda avtomobil yolunda qeydə alınan yuyulma ilə bağlı - Açıqlama

Şamaxıda avtomobil yolunda qeydə alınan yuyulma ilə bağlı - Açıqlama


13-01-2022, 14:29. Yazar: Admin

Şamaxıda avtomobil yolunda qeydə alınan yuyulma ilə bağlı

 

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qarabaginfo.az-a verilən məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.

“Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub”, - agentlikdən bildirilib.


Geri dön