Ana Sayfa > Karusel / Gündəm > Şəkidə ağacların kəsilməsi şikayəti ilə bağlı - Açıqlama

Şəkidə ağacların kəsilməsi şikayəti ilə bağlı - Açıqlama


13-01-2022, 11:45. Yazar: Admin

Şəkidə ağacların kəsilməsi şikayəti ilə bağlı

 

Şəkidə ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Şəki şəhəri “Ekonom” marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb:

“Məlum olub ki, sözügedən ünvanda ağac kəsintisi deyil, təhlükə yaradan bir neçə ağacın budanması həyata keçirilib. Odur ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət həqiqəti əks etdirmir”.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, həmin ərazidə fəaliyyət göstərən “Kapital Bank”ın Şəki filialı tərəfindən bankın binasının qarşısında, “Ekonom” marketin yaxınlığında təhlükə yaradan iri gövdəli və çox hündür bir neçə ağacın budanmasına rəy verilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən insanların həyatına təhlükə yaradan 6 ağacın budanmasına rəy verilib.

B.Məhəmmədov yaşıllıqlara qayğı və həssaslıqla yanaşaraq Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkürünü bildirib, eyni zamanda ağacların budanmasını kəsilmə kimi təqdim edərək ictimaiyyətdə çaşqınlıq yaratmamalarını xahiş edib.


Geri dön