“Qarabağ” daha bir futbolçunun transferini açıqlayıb.
Ağdam klubu Leandro Andrade ilə müqavilə imzalayıb.
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade “Qarabağ”da 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Premyer Liqanın lideri bunadək Rüstəm Əhmədzadə və Luka Quqeşaşvilini heyətinə qatıb.