Ana Sayfa > Karusel / Dünya > BMT Koreya yarımadasındakı vəziyyətin daha da pisləşə biləcəyini etiraf edib
BMT Koreya yarımadasındakı vəziyyətin daha da pisləşə biləcəyini etiraf edib13-01-2022, 08:43. Yazar: Admin |
“Koreya yarımadasındakı vəziyyətin daha da pisləşmək potensialı var”. Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib. “Problem həll olunmamış qalır. Vəziyyətin daha da pisləşmək potensialı var. Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raket buraxılışı ilə bağlı hər bir xəbər son dərəcə narahatedicidir”, - o bildirib. Stefan Düjarrik vurğulayıb ki, BMT-nin Baş katibi Antonio Quterreş Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsi üçün bütün maraqlı tərəfləri dialoqun bərpasına çağırır. Qeyd edək ki, yanvarın 11-də hipersəsli raketin yekun sınağının uğurla keçdiyini bəyan edib. Baş tutmuş sınaq atəşi təkmilləşdirilmiş hipersəsli silah sisteminin ümumi texniki xüsusiyyətlərini yekun olaraq yoxlamaq məqsədi daşıyıb. Yerüstü məntəqədən raketin buraxılışını Şimali Koreya lideri Kim Çen In də izləyib. Bu, cari ildə KXDR-in 2-ci raket sınağıdır. Pxenyan yanvarın 5-də hipersəsli ballistik raket sınağını uğurla həyata keçirdiyini açıqlayıb. Geri dön |