Ana Sayfa > Karusel / Region > "Kim deyir ki, müharibəni uduzmuşuq, qətiyyən, biz məğlub olmamışıq" - Erməni ekspert

"Kim deyir ki, müharibəni uduzmuşuq, qətiyyən, biz məğlub olmamışıq" - Erməni ekspert


12-01-2022, 20:42. Yazar: Admin

“Kim deyir ki, müharibəni uduzmuşuq, qətiyyən, biz məğlub olmamışıq” – Erməni ekspert – VİDEO

“Biz müharibəni uduzmamışıq, qətiyyən, kim deyir ki, uduzmuşuq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın “Dənizin səsi” telekanalının efirində erməni ekspert deyib. O, müharibəni uduzmadıqlarını, əslində İranın, Rusiyanın uduzduğunu bildirib.

“Biz müharibəni uduzmamışıq, qətiyyən. Kim deyir ki, uduzmuşuq? Bu ərazidə İran məğlub olub türklərə, Rusiya məğlub olub. Biz məğlub olmamışıq, biz heç bilmirdik ki, Rusiyanın maraqlarını müdafiə edirik və Rusiya çox zəif ölkə imiş”, – deyə ekspert məğlubiyyətlərinə “don geyindirməyə” çalışıb.

Daha sonra o, sərsəmləmələrinə davam edib.

“Mən sizə müharibədə nə qədər türk və azərbaycanlı həlak olub, 30-40 min nəfər ölüb, onlar texnikasız qalmışdı. Sonradan bizə köməyə qoşun gəldi, guya bizi xilas edirlər. Bizi xilas etmək lazım deyildi, bizi satmamaq lazım idi”, – erməni deyib.

Sonrası daha maraqlıdır. Xislətinə uyğun nağıl uydurub.

“44 gün bütün Türk dünyası, Turan – 200 milyon adam balaca “arsax”a qarşı vuruşurdu. Ayıbdır. Bundan başqa, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Belarus, Pakistan, suriyalı döyüşçülər Azərbaycanın tərəfində idilər”,- deyib.

“Ekspert” müharibədə erməni ordusunun daha tez təslim olacağı təqdirdə müharibənin İran ərazisində davam edəcəyini bildirib.

“Qonşu İran xalqını xəbərdar etmək istərdim ki, əgər erməni cəngavərləri 44 gün yox, 16-20 gün dözsəydilər, indi müharibə İran ərazisində gedirdi” – deyib.

O, Turana qarşı birlik yaratmağa çağırış edib.

“Rusiyanın indi şansı var, Turan birliyinə qarşı “aryan üfüqi” ilə cavab vermək lazımdır, Moskva-Yerevan-Tehran üçlüyü. Bunlar həqiqətən var və türklərlə heç bir bağlılığı yoxdur”, – deyə ekspert çərənləyib.(konkret.az)


Geri dön