Ana Sayfa > Karusel / Gündəm > NATO Moskvadakı ofisinin yenidən açılmasını istəyir

NATO Moskvadakı ofisinin yenidən açılmasını istəyir


12-01-2022, 18:32. Yazar: Admin

Yens Stoltenberq

“Moskvanın NATO-da diplomatik ofisinin yenidən açılması üçün ilkin şərtimiz yoxdur”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

“Təəssüf edirik ki, Moskva buradakı diplomatik missiyasının fəaliyyətini dayandırdı və Moskvada NATO-nun ofisi bağlandı. Biz bu ofislərin qarşılıqlı şəkildə yenidən açılmasını istəyirik və bu gün bunu ifadə etdik. Çünki biz dialoqa inanırıq. Bu ofislər, diplomatik missiyalar mənalı dialoqun vacib hissəsidir”, - Baş katib bildirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Moskvanın NATO-dakı, NATO-nun isə Moskvadakı ofisləri bağlanıb.


Geri dön