Rusiya-NATO Şurasının toplantısı başa çatıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən bu gün (yanvarın 12-də - red.) NATO-Rusiya Şurasında beynəlxalq sistemin və Avropa təhlükəsizliyinin təməl prinsipini qeyd etdim: öz yolunu seçmək hər dövlətin suveren hüquqdur”, - danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibinin birinci müavini Vendi Şerman tviter səhifəsində yazıb.
Dörd saat davam edən toplantı nəticəsiz başa çatıb.