Ana Sayfa > Karusel / Cəmiyyət > DİN bayraqla avtomobilini silən taksi sürücüsü barədə məlumat yayıb
DİN bayraqla avtomobilini silən taksi sürücüsü barədə məlumat yayıb12-01-2022, 17:23. Yazar: Admin |
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı kişinin bayraqla avtomobilini təmizləməsi barədə yayılan videogörüntü ilə bağlı məlumat açıqlayıb. DİN-in inspektoru Zeyni Hüseynov Qarabaginfo.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib: "Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan Soltan Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib". Qeyd olunub ki, S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər kəsdən üzr istəyib və peşman olduğunu bildirib. Geri dön |