Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafarova Avropa Parlamentinin sədrinin vəfatı ilə bağlı başsağlığı verib

Sahibə Qafarova Avropa Parlamentinin sədrinin vəfatı ilə bağlı başsağlığı verib


12-01-2022, 16:56. Yazar: Admin

Milli Məclisin sədri Sahibə Qafarova

 

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri David Sassolinin vəfatı ilə bağlı başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, parlamentin sədri bu barədə “Twitter”də paylaşım edib.

Azərbaycan parlamentinin sədri D. Sassolinin vəfatı ilə bağlı xəbərin onu çox kədərləndirdiyini bildirib.

S. Qafarova D. Sassolinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, 65 yaşlı David Sassoli yanvarın 11-də Aviano şəhərində vəfat edib.


Geri dön