Ana Sayfa > Karusel / Dünya > Qazaxıstanda binada partlayış olub, 3 nəfər ölüb, 8 nəfər dağıntılar altında qalıb

Qazaxıstanda binada partlayış olub, 3 nəfər ölüb, 8 nəfər dağıntılar altında qalıb


27-02-2019, 17:31. Yazar: Admin

Qazaxıstanın Taraz şəhərində 4 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. 

"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, 8 nəfər isə dağıntılar altında qalıb.

Çoxmənzilli binanın ikinci mərtəbəsində baş verən hadisəyə səbəb kimi qaz sızması göstərilib. 

Dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Binanın 100-dən çox sakini təxliyə olunub. 


Geri dön