Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın Baş prokuroru Moskvada iranlı həmkarı ilə görüşüb
Azərbaycanın Baş prokuroru Moskvada iranlı həmkarı ilə görüşüb12-01-2022, 15:36. Yazar: Admin |
Rusiyanın paytaxtı Moskva şəhərinə işguzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib. Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib. Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb. Geri dön |