Ana Sayfa > Karusel / Region > İstanbulda Azərbaycan vətəndaşına silahlı hücum oldu

İstanbulda Azərbaycan vətəndaşına silahlı hücum oldu


12-01-2022, 15:18. Yazar: Admin

İstanbulda Azərbaycan vətəndaşına silahlı hücum oldu

İstanbulda azərbaycanlı bir kişi küçədə silahlı hücuma məruz qalıb.

Qarabaginfo.az “SonDakika”ya istinadən xəbər verir ki, insident şəhərin Esenyurt adlı bölgəsində baş verib.

Nömrəsi “Mutluyuz” yazısı ilə gizlədilmiş bir avtomobil küçə ilə piyada hərəkət edən azərbaycanlı şəxsə yaxınlaşaraq ona atəş açıb.

Həmin şəxs ayağından yaralanıb. Ona hücum edən şəxs daha sonradan hadisə yerindən qaçıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Polis hücum edən şəxsi tapmaq üçün araşdırmalara başlayıb. Hadisənin görüntüləri isə yaxınlıqdakı binanın təhlükəsizlik kameralarına düşüb.(Qafqazinfo)


Geri dön