Ana Sayfa > Karusel / Gündəm > Britaniya səfirindən Qarabağ atları ilə bağlı paylaşım

Britaniya səfirindən Qarabağ atları ilə bağlı paylaşım


12-01-2022, 14:40. Yazar: Admin

Britaniya səfirindən Qarabağ atları ilə bağlı paylaşım

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz rəsmi tviter hesabında Qarabağ atları ilə bağlı paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Bu il Böyük Britaniya Kraliça II Yelizavetanın taxtda olmasının 70 illiyini qeyd edir. Kraliçanın atlara olan sevgisi hamıya məlumdur. Ona təqdim olunan hədiyyələr arasında 1956-cı ildə verilmiş Zaman adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər”.


Geri dön