Ana Sayfa > Karusel / Gündəm > Şəhid Ayaz Nəzərli ilə vida keçirilir - Foto

Şəhid Ayaz Nəzərli ilə vida keçirilir - Foto


12-01-2022, 12:44. Yazar: Admin

Şəhid Ayaz Nəzərli ilə vida keçirilir

 

Dünən Kəlbəcərdə erməni təxribatı nəticəsində şəhid olan Ayaz Nəzərli ilə vida mərasimi keçirilir.

Qarabaginfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda bir qrup sakin rayonun girişində toplaşaraq Şəmkir istiqamətindən gətirilən cənazəni qarşılayır.

Eyni zamanda, A.Nəzərlinin Bozalqanlı kəndində yerləşən evinin önünə də insanlar yığışıb. Yaxın dəqiqələrdə şəhidlə vida mərasimi keçiriləcək və daha sonra o, kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, şəhid Ayaz Nəzərli nişanlı imiş.

 

 



 


Geri dön