Ana Sayfa > Karusel / Gündəm > Ötən gün 80 cinayətin üstü AÇILIB

Ötən gün 80 cinayətin üstü AÇILIB


12-01-2022, 11:30. Yazar: Admin

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 80 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib.

Həmçinin, cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.


Geri dön